Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2023) "Təhsildən Tərəqqiyə" konsept mesajı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 1 noyabr tarixində Gülüstan Sarayında təşkil olunacaqdır.
Tədbir "İnnovasiya ekosisteminin yaradılması", "Universitet Sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panelləri üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə davam edəcək. İlk panel təhsil və iqtisadiyyatın inteqrasiyası, sahibkarlıq ekosisteminin inkişafı, təhsil və əmək bazarı, ikinci panel, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, üçüncü panel isə tədqiqat və inkişaf (R&D) ekosistemi, ömür boyu təhsil, sahibkarlığa yönəlik təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularında mövzulara həsr olunacaqdır.
Forum iştirakçıları ilə işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası və digər mövzular üzrə müzakirələrdə iştirak, eyni zamanda, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması tədbirin hədəfləri sırasındadır.
Tədbir haqqında ətraflı məlumatı www.tif.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.
Facebook: https://www.facebook.com/tifbaku/
İnstaqram: https://www.instagram.com/tifbaku/
LinkedIn: https://www.linkedin.com/company/tehsilininkisafiforumu/about/?viewAsMember=true